Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 13 medal qazanıblar
Bədii gimnastika üzrə Azərbaycan millisi İtaliyanın Parma şəhərində keçirilən ənənəvi beynəlxalq turnirdə uğurla çıxış edib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Olimpiya Ehtiyatları Gimnastika Məktəbini təmsil edən idmançılar müxtəlif yaş qruplarında ümumilikdə 5 qızıl, 6 gümüş və 2 bürünc medal qazanıblar.
15 yaşlı gimnastlar arasında Leyla Məhəmmədova 1-ci yeri tutub.
Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin direktoru Xəqani Fərəcov yarışın kifayət qədər rəqabətli keçdiyini bildirib: “İlk dəfədir bu turnirdə mübarizə aparırdıq. Ümumilikdə 13 gimnast ölkəmizi təmsil edirdi. Bu cür beynəlxalq turnirlərdə iştirak etmək idmançılar üçün böyük fürsətdir”.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...