Azərbaycanın bədii gimnastları Almatıda 3 qızıl medal qazanıblar
Azərbaycanın bədii gimnastları Qazaxıstanın Almatı şəhərində keçirilmiş “Alma Cup” beynəlxalq turnirində üç qızıl medal qazanıblar.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışın reqlamentinə əsasən çoxnövçülük proqramında çıxışlar iki alət üzrə qiymətləndirilib.
Lent və gürzlər üzrə yerinə yetirilən çoxnövçülük proqramında gənclər arasında Fidan Qurbanlı (49.500 xal), yeniyetmələr yaş kateqoriyasında Alina Kolesnikova (44.150 xal) qızıl medalın sahibi olub. Nur Sadıqova (51.950 xal) isə yeniyetmələr arasında keçirilən halqa və top alətləri üzrə çoxnövçülük mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Bundan başqa, zəriflik nümayişində gənclər arasında F.Qurbanlı, yeniyetmələr arasında isə N.Sadıqova “Miss Grace” nominasiyasının qalibi adına layiq görülüblər.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...