Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Beynəlxalq Cüdo Federasiyası Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında keçirilmiş mundialdan sonra dünya reytinq cədvəlini yeniləyib.
Fhnews.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan cüdoçularının mövqeyində də dəyişiklik olub.
+100 kiloqramda çıxış edən Kənan Nəsibov öz çəki dərəcəsi üzrə ilk sıraya yüksəlib. Onun aktivində 800 xal var.
Nizami İmranov (60 kiloqram) 3-cü, Vüsal Qələndərzadə (73 kiloqram) 2-ci pilləyə geriləyibsə, Süleyman Şükürov (81 kiloqram) 2-ci, Əjdər Bağırov (100 kiloqram) isə 8-ci yerə qalxıb.
Qeyd edək ki, Azərbaycanın fərdi yarışlarda 13 cüdoçu ilə təmsil olunduğu dünya çempionatında K.Nəsibov gümüş, S.Şükürov və Ə.Bağırov bürünc medal qazanıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...