Azərbaycanın aerobika gimnastı Gimnaziadada bürünc medal qazanıb
Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvü Məryəm Topçubaşova Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında bürünc medal qazanıb.
Fhnews.az xəbər verir ki, fərdi proqramda çıxış edən idmançı fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...