Azərbaycanın 7 güləşçisi reytinq turnirində mübarizəyə başlayır
Bu gün Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə start veriləcək.
Fhnews.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın yeddi sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
İslam Bazarqanov (57 kiloqram) çinli Veyu Li, Əliabbas Rzazadə (61 kiloqram) ABŞ təmsilçisi Maykl Makci, Nurəddin Novruzov (61 kiloqram) gürcüstanlı Giorgi Qoniaşvili, Zirəddin Bayramov (65 kiloqram) italiyalı Kolin Con, Cəbrayıl Qadjiyev (74 kiloqram) rumıniyalı Kristian Biro, Arseni Cioyev (86 kiloqram) Çaba Vida ilə qarşılaşacaq. Osman Nurmaqomedovun (86 kiloqram) rəqibi isə hələlik dəqiqləşməyib.
Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycanı ümumilikdə 26 güləşçi təmsil edir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...