Azərbaycanı dünya kata çempionatında 6 cüdoçu təmsil edəcək
Azərbaycan cüdoçuları ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək dünya kata çempionatında iştirak edəcəklər.
Fhnews.az xəbər verir ki, yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.
Nage-no-kata üzrə Malik Allahverdiyev, İsmayıl Rzayev (hər ikisi tori - hücum edən idmançı), Samir İsmayılov və İbrahim Aslanov (hər ikisi uke - hücum edilən idmançı), katame-no-katada isə Rafiq Nəcəfov (tori) və Əmrah Əhmədov (uke) qüvvəsini sınayacaq.
Qeyd edək ki, noyabrın 9-10-da təşkil olunacaq dünya kata çempionatında 32 ölkədən 282 idmançının iştirak edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...