Azərbaycanı dünya birinciliyində təmsil edəcək boksçular bəlli olub
Oktyabrın 23-dən noyabrın 3-dək Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyi keçiriləcək.
Fhnews.az xəbər verir ki, mundialda Azərbaycan millisi 13 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu yarışda Bilalhəbəşi Nəzərov (48 kiloqram), Zidan Hümbətov (51 kiloqram), Ömər Aslanlı (54 kiloqram), Tağı Nəsibov (57 kiloqram), Məhəmmədəli Qasımzadə (60 kiloqram), Əli Abdullayev (63,5 kiloqram), Ziya Həsənov (71 kiloqram), Abbasqulu Şadlinski (75 kiloqram), Lalə Mədətova (48 kiloqram), Cəmilə Sultanlı (50 kiloqram), Aynur Mikayılova (57 kiloqram), Qızbəs İsgəndər (60 kiloqram) və Emili Rzayevaya (63 kiloqram) şans verəcək.
Dünya birinciliyində Azərbaycanın beynəlxalq dərəcəli hakimi Emil Qurbanəliyev ədaləti qoruyacaq.
Qeyd edək ki, yarışda 84 ölkədən 800-dək boksçusunun mübarizə aparacağı gözlənilir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...