Azərbaycanı Avropa çempionatında 19 cüdoçu təmsil edəcək
Azərbaycanın cüdo üzrə yeniyetmə oğlanlardan və qızlardan ibarət milli komandaları Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıqları başa vurub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, Sofiya şəhərindəki yarışda ölkəmiz 14 çəki dərəsində 10 oğlan və 9 qız cüdoçu ilə təmsil olunacaq.
ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu və federasiya prezidentinin müşaviri Natiq Bağırov yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlıqları ilə maraqlanıblar.
Qeyd edək ki, Avropa çempionatı iyunun 27-30-da təşkil olunacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...