Azərbaycandakı KOB evləri qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilib
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər Azərbaycandakı KOB evlərini qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirib.
Fhnews.az bu barədə İqtisadiyyat Nazirliyi tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Belə ki, KOB evi Azərbaycanın nümunəvi modeli kimi qurumun saytında paylaşılıb (https://oecd-opsi.org/innovations/single-support-service-model-for-smes-sme-house/).
Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan innovasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında KOBİA strukturuna daxil olan KOB evləri də yer alır.
Saytda dərc olunmuş məlumatda KOB evləri biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və inkişafı üzrə KOB-lara xidmətlər təqdim edən bir pəncərə mərkəzi kimi təqdim edilir. KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının bir platformada birləşdirilməsi və əlaqələndirilməsi unikal təşəbbüs kimi qiymətləndirilir.
2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl innovativ təcrübələr, yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...