Azərbaycandakı işgüzar mühit barədə “Schneider Electric” şirkətinin nümayəndələrinə məlumat verilib
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev COP29 çərçivəsində Fransanın “Schneider Electric” şirkətinin beynəlxalq əlaqələr üzrə icraçı vitse-prezidenti Maniş Pant ilə görüşüb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycanda yaradılmış əlverişli işgüzar mühit, həmçinin yaşıl enerji təhlükəsizliyi tədbirləri, yaşıl keçid layihələri, ekosistemin rəqəmsallaşdırılması, innovasiyaların tətbiqi üzrə görülən işlər barədə məlumat verilib, bu kimi istiqamətlər üzrə əməkdaşlıq imkanları diqqətə çatdırılıb.
Tərəflər bərpaolunan enerjidən istifadə, karbonsuzlaşma, rəqəmsallaşma və sənaye texnologiyaları üzrə mümkün əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...