Azərbaycanda vergi ödəyicilərinin sayı 6 faizdən çox artıb
Cari ilin avqust ayının 1-nə respublika üzrə uçotda olan 1 milyon 562 min 960 vergiödəyicisinin 87,2 faizi fiziki şəxslər, 12,8 faizi isə hüquqi şəxslər və digər təşkilatlar olub.
Fhnews.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 92 min 407 vahid (6,3 faiz), o cümlədən fiziki şəxslərin sayı 78 min 597 vahid (6,1 faiz), hüquqi şəxslərin sayı 13 min 810 vahid (7,4 faiz) artıb.
Avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 183 min 528 vahid təşkil edib və 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 8,1 faiz artıb.
Bu ilin 7 ayı ərzində 7426 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 6616-sı (89,1 faiz) yerli investisiyalı, 810-u (10,9 faiz) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 5985-i (80,6 faizi) elektron qaydada, onların isə 4832-si Asan İmza, 1140-ı yeni üsulla (finkod + mobil nömrə), 13-ü isə “SİMA” rəqəmsal imzası vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
Avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38 min 101 vahid təşkil edərək əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32 faiz təşkil edib.
Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,1 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,2 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
2023-cü ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 11,2 faiz artıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...