Azərbaycanda rəqəmsal ödəniş infrastrukturunun daha da təkmilləşdirilməsi müzakirə edilib
Azərbaycan Mərkəzi Bankın (AMB) sədrinin birinci müavini Rəşad Orucov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.
Fhnews.az xəbər verir ki, AMB-dən verilən məlumata görə, görüş zamanı rəqəmsal ödəniş sahəsində təhlükəsizliyin və inklüzivliyin təmin olunması, çağırışların effektiv şəkildə aradan qaldırılması, eləcə də infrastrukturun daha da təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə olunub.
Həmçinin fintex ekosisteminin inkişafı ilə rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsini şərtləndirəcək strateji təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...