8 noyabr 2025, şənbə Bakı, 10°C
IMG-LOGO

Azərbaycanda oktyabrın 16-dan 18-i gündüzədək hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

15-10-2025
IMG

Oktyabrın 16-sı Azərbaycanın şərq rayonlarından başlayaraq 18-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 17-də yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Paylaş: