23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

06-08-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edib.

Fhnews.az xəbər verir ki, AZSTANDART-dan verilən məlumata görə, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən TS 9826 “Şehiriçi yollar – Bisiklet yolları” türk standartının əsasında AZS 951:2024 (TS 9826:2013) – “Şəhərdaxili yollar – Velosiped yolları”, TS 9827 “Şehiriçi yollar – Yaya korkulukları, yol kenarı için (metal) yer seçimi ve tasarım kuralları” standartının əsasında AZS 952:2024 (TS 9826:1992) – “Şəhərdaxili yollar – Yolkənarı piyada məhəccərləri (metal) – Yer seçimi və layihələndirmə qaydaları”, TS 11782 “Şehiriçi yollar – Bisiklet park tesisleri tasarım kuralları” standartının əsasında AZS 953:2024 (TS 11782:2013) – “Şəhərdaxili yollar – Velosiped parklanma yerlərinin layihələndirilməsi qaydaları”, TS 11782 “Şehiriçi yollar – Otobüs durakları yer seçimi kuralları” türk standartının əsasında AZS 954:2024 (TS 11783:2024) – “Şəhərdaxili yollar – Avtobus dayanacaq məntəqələri nöqtələrinin seçilməsi qaydaları” və ГОСТ Р 52605-2006 “Технические средства организации дорожного движения. Искусственные неровности. Общие технические требования. Правила применения” Rusiya Federasiyası standartının əsasında AZS 955:2024 (ГОСТ Р 52605-2006) – “Yol hərəkətinin təşkilinin texniki vasitələri. Süni maneələr. Ümumi texniki tələblər. Tətbiq qaydaları” dövlət standartları qəbul edilib.

Beynəlxalq təcrübə və yerli tələblər nəzərə alınaraq hazırlanmış yeni dövlət standartlarının tətbiqi yol infrastrukturunun davamlı və effektiv idarə olunmasına, eləcə də şəhər daxilində təhlükəsiz və nizamlı hərəkət mühitinin formalaşmasına şərait yaradacaq.

Sözügedən dövlət standartları “Nəqliyyat və nəqliyyat infrastrukturu” (AZSTAND/TK 43) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və institut tərəfindən qəbul edilərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Paylaş: