Azərbaycanda mövcud taxıl sahələrinin 90 faizində biçin yekunlaşıb
Azərbaycandakı payızlıq taxıl sahələrinin 90 %-də biçin prosesi başa çatıb.
Fhnews.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, mexanizatorlar 907 845 hektar sahədə biçin aparıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığıb.
Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Ölkə üzrə arpa əkini sahələrinin 96,9 %-də, buğda sahələrinin 84,5 %-də biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.
İyulun 21-də biçin prosesinə 575 kombayn cəlb olunub, bunlardan 204 kombayn “Aqroservis” ASC-nin, 371 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. İyulun 21-də kombaynlar vasitəsilə 6 211 hektar ərazidə biçin aparılıb.
2024-cü il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...