Azərbaycanda keçiriləcək MDB Oyunlarına hazırlıq və təşkilatçılıq məsələləri müzakirə olunub
2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri davam edir.
Fhnews.az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, bu gün oyunlara hazırlıqla bağlı işçi qrupun növbəti iclası keçirilib.
Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə baş tutan iclasda işçi qrupun üzvləri iştirak ediblər.
İclasda idman obyektlərinin hazırlığı, akkreditasiya, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik, tibb, yayım, açılış-bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. III MDB Oyunları gələn il Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...