23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycanda elektrik enerjisi istehsalında “yaşıl enerji”nin payı 15 %-ə yüksəlib

15-07-2024
IMG

Bu ilin birinci yarısında elektrik enerjisinin istehsalı 13 milyard 557,4 milyon kilovat-saat, ixracı 444 milyon kilovat-saat, idxalı 96,4 milyon kilovat-saat olub.

Fhnews.az xəbər verir ki,  bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.

O bildirib ki, hesabat dövründə İES-lər üzrə 11 milyard 525 milyon kilovat-saat, su da daxil olmaqla bərpaolunan enerji mənbələrindən 950,7 milyon kilovat-saat artımla 2 milyard 32,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Nazir vurğulayıb ki, bu dövrdə elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 15 faizə yüksəlib.

Paylaş: