Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
Fhnews.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin hesabatına istinadla xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 37 faiz çoxdur.
Qeyd edək ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen əldə edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...