23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

15-09-2024
IMG

Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 4-cü tur başa çatıb.

Fhnews.az xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan yığması IV turda Monteneqro üzərində qələbə qazanıb – 3:1. Hesabat turunda Aydın Süleymanlı ilə Şəhriyar Məmmədyarov qalib gəliblər. Nicat Abasov və Rauf Məmmədov heç-heçə oynayıblar.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Sloveniya komandasını üstələyib – 3:1. Günay Məmmədzadə ilə Gövhər Beydullayeva partiyanı qələbə ilə bitirib. Ülviyyə Fətəliyeva ilə Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.

Qeyd edək ki, Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Paylaş: