23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan yığmaları Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar

13-09-2024
IMG

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 45-ci Ümumdünya Şahmat Olimpiadasında 2-ci tura yekun vurulub.

Fhnews.az xəbər verir ki, hesabat turunda Azərbaycanın kişilərdən ibarət yığması Finlandiyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı heç-heçə oynayıb. Nicat Məmmədov, Rauf Məmmədov və Məhəmməd Muradlı partiyanı qələbə ilə başa vurublar.

Qadınlardan ibarət Azərbaycan millisi isə Avstraliyanı üstələyib 3-1. Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub ediblər. Gövhər Beydullayeva ilə Gülnar Məmmədova heç-heçəylə kifayətləniblər.

İki turdan sonra komandalarımız 4 xalla liderlər qrupunda yer alıb.

Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.

Paylaş: