Azərbaycan və Ukrayna sahibkarları arasında əməkdaşlıq imkanları müzakirə edilib
Azərbaycanda səfərdə olan 20-yə yaxın Ukrayna iş adamı yerli sahibkarlar və biznes assosiasiyaların nümayəndələri ilə görüşüblər.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, “Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, “CEO Club London”nun prezidenti Sergey Qaydaçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov iştirak ediblər.
Görüşdə ölkəmizdə biznes və investisiya qoyuluşu imkanları, sahibkarlara göstərilən dəstək tədbirləri və iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində Azərbaycan və Ukrayna sahibkarları arasında B2B görüşlər də keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...