Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə taktiki-xüsusi təlimi davam edir
Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərindəki "Koktal" təlim poliqonunda keçirilən "Altın Kıran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təlimi davam edir.
Fhnews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ssenariyə əsasən, döyüş tapşırığı alan bölmə komandirləri qəbul olunmuş qərarı təlim rəhbərliyinin qərargahına məruzə etdikdən sonra kəşfiyyat tapşırıqlarını icra ediblər. Təlimdə 25 kilometr məsafədə seçilmiş travers üzrə hərəkət edən bölmələr dağlıq ərazidə gizlənən qeyri-qanuni silahlı birləşmələrin sığınacaqlarını müəyyənləşdirərək basqın edib. Qanunsuz silahlıların avtomobil texnikası kolonlarının pusquya salınması və canlı qüvvəsinin məhv edilməsinə, eləcə də qarşıya çıxan digər qəfil tapşırıqların müvəffəqiyyətlə yerinə yetiriliməsinə nail olunub.
“Altın Kıran – 2024” təlimində əsas diqqət Azərbaycan-Qazaxıstan hərbi qulluqçularının qarşılıqlı əlaqədə birgə fəaliyyətinin təşkilinə, kəşfiyyat bölmələrinin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, dağlıq və səhra ərazilərində maskalanma bacarıqlarının artırılmasına, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına yönəldilib.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...