23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan və Özbəkistanın iki şəhəri qardaşlaşıb

22-08-2024
IMG

Özbəkistan-Azərbaycan biznes forumu əməkdaşlığımızın şaxələnməsi baxımından faydalı platformadır.

Fhnews.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə Özbəkistan-Azərbaycan biznes forumunda iştirak etdik. Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətimizi müzakirə etdik. Biznes forumda, həmçinin energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi olub. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır”, - deyə nazir qeyd edib.

Paylaş: