Azərbaycan və Konqo arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
Gənclər və idman naziri Fərid Qayıbov Konqo Demokratik Respublikasının idman və istirahət naziri Didye Budimbu Ntubuanqa və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Qonaq ölkəmizdə olduğu müddətdə bir sıra idman qurğularının fəaliyyəti ilə tanış olduğunu qeyd edib və Bakıda müasir idman infrastrukturunun onda xoş təəssürat yaratdığını bildirib.
Sonda Fərid Qayıbov və Didye Budimbu Ntubuanqa Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...