Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ səfəri çərçivəsində İsveçrə Milli Bankının yeni sədri Martin Şlegel ilə görüşüb.
AMB-dan verilən məlumata görə, görüşdə Azərbaycanla İsveçrə arasında iqtisadi əlaqələrin cari vəziyyəti, həmçinin hər iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Görüşün sonunda Taleh Kazımov həmkarına məsul fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...