Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib
İqtisadiyyat naziri Mikayıl Cabbarov İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə İraqla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişlənməsi üçün münbit şəraitin olduğu qeyd edilib.
Bildirilib ki, İraq şirkətləri Azərbaycanda müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olur. Həmçinin Azərbaycan şirkətləri İraqda infrastruktur layihələrindəki iştirakını genişləndirə bilərlər. Bununla yanaşı, ticarət, sənaye, enerji, nəqliyyat, özəl sektor, turizm və digər vektorlar üzrə əlaqələrin inkişafı üçün perspektivlər böyükdür.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndiriblər.
Görüşdə biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...