23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasında təmsil olunur
 

06-11-2024
IMG

Romada İtaliya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group – WFEG) birinci nazirlər iclası keçirilir.

Fhnews.az xəbər verir ki, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində keçirilən iclasda müxtəlif ölkələrin hökumət rəsmiləri, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, bu ölkənin ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin çıxışları dinlənilib, termo nüvə enerjisinin qlobal inkişafına dair müzakirələr aparılıb.

Energetika naziri Pərviz Şahbazov tədbirdə çıxış edəcək, ikitərəfli görüşlər keçirəcək.

Paylaş: