Azərbaycan təmsilçiləri Moskvadakı turniri 8 medalla başa vurublar
Azərbaycan təmsilçiləri Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş I dünya korporativ oyunlarında 8 medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı yarışlarda təmsil edən müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar oyunları 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurublar.
Oyunların şahmat yarışlarında AZAL-ın əməkdaşı Fidan Ağasıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Daha bir qızıl medalı isə voleybol yarışlarında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası əldə edib.
Stolüstü tennisçi Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışlarında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.
Basketbol yarışlarında A finalında mübarizə aparan kişilərdən ibarət komanda (Fövqəladə Hallar Nazirliyi) bürünclə kifayətlənib. B finalında mübarizə aparan basketbol üzrə qadınlardan ibarət komanda (AZAL) gümüş, voleybol üzrə qadınlardan ibarət komanda (SOCAR) isə üçüncü yerə sahib çıxıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...