Azərbaycan taekvondoçusu “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığını davam etdirir
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlığın son məşqlərini keçir.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 58 kiloqram çəkidə mübarizə aparacaq lisenziyaçımız federasiyanın zalında hazırlığa qatılıb.
Toplanışa bu dəfə Türkiyənin digər tanınmış taekvondoçusu Deniz Dağdelen cəlb edilib.
Klublararası Avropa çempionatı, “Trelleborg Open”, “Palastine Open” “Dutch Open” və “Sofia Open”in qalibi ilə hazırlıq idmançımızın ”Paris-2024”ə daha uğurlu çıxışına hesablanıb. “Spanish Open” və “Turkish Open”inin 2 dəfə qızıl medalını qazanan D.Dağdelenlə sınaq döyüşləri də keçirilir.
Qeyd edək ki, Qaşım Maqomedov Fransa paytaxtına avqustun 2-də yollanacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...