Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb
Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 36 kiloqramda mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bununla da Azərbaycan millisinin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib.
Bunadək yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Qeyd edək ki, Prezident Kubokunda gənc taekvondoçular da mübarizə aparacaqlar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...