Azərbaycan taekvondoçuları Tehrandakı turnirdə daha iki medal qazanıblar
Azərbaycan taekvondoçuları İranın paytaxtı Tehranda keçirilən “Fəcr Open” turnirində daha iki medal qazanıblar.
Fhnews.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, G1 kateqoriyalı yarışın son günündə Yaşar Məmmədli (68 kiloqram) və Eltac Qafarov (80 kiloqram) bürünc mükafata yiyələniblər.
Bununla da yığma komanda turniri 3 bürünc medalla başa vurub. Daha öncə Rahid Vəliyev (54 kiloqram) də fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, Azərbaycan millisi Tehranda G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda da iştirak edəcək. Yarış fevralın 16-19-da təşkil olunacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...