Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarına 6 medalla başlayıblar
Türkiyənin paytaxtı Ankarada taekvondo üzrə Multi Avropa Oyunları keçirilir.
Fhnews.az xəbər verir ki, yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 üzvü fəxri kürsüyə yüksəlib.
Bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kiloqram) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Məryəm Cəfərova (41 kiloqram) ikinci yeri tutub. Gülay Əliyeva (44 kiloqram), Əli Həsənzadə (33 kiloqram), Hüseyn Abbaslı (37 kiloqram) və Hüseyn Məmmədov (+65 kiloqram) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, yarışa mayın 26-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...