Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 12 medal qazanıblar
Azərbaycan taekvondoçuları Özbəkistanda keçirilən "Səmərqənd Open" turnirində 12 medal qazanıblar.
Fhnews.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, Murad Həsənzadə (26 kiloqram) və Sübhan Rzayev (38 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Nigar Useynova (İndividual - U30) və Narin Həsənova (İndividual - U18) gümüş mükafata yiyələniblər.
Zəhra İsayeva (42 kiloqram), Vidadi Məmmədli (26 kiloqram), Cahid İsmayılzadə (42 kiloqram), Yusif Zeynallı (+42 kiloqram) gümüş, Fateh Sultanlı (38 kiloqram), Aliyə Məmmədli (+42 kiloqram), Əkbər Tağıyev (24 kiloqram), Mirzəli Uğur (40 kiloqram) isə üçüncü yeri tutublar.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-18-də Özbəkistan taekvondo komandaları ilə birgə təlim-məşq keçəcəklər.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...