Azərbaycan savatçısı beynəlxalq turnirdə qızıl medal qazanıb
Azərbaycan idmançısı Məhəmməd Süleymanov Bolqarıstanın Plovdiv şəhərində savatın assault və kombat növü üzrə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb.
Azərbaycan Savat Federasiyasından verilən məlumata görə, gənclər arasında 80 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Böyüklər arasında qadınların mübarizəsində isə 52 kiloqramda Tutu İsmayılova 1/8 final mərhələsində Bolqarıstan təmsilçisi ilə üz-üzə gəlib. Yığma üzvü görüşdən üstünlüklə ayrılsa da, ardınca belçikalı rəqibi ilə qarşılaşma zamanı aldığı zədə səbəbindən turnirlə erkən vidalaşıb.
Bununla da milli komanda yarışı 1 qızıl medalla başa vurub.
Qeyd edək ki, 16 ölkənin iştirak etdiyi turnirdə ümumilikdə 150-dən çox idmançı mübarizə aparıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...