Azərbaycan para-atletləri dünya çempionatında 3-cü qızıl medalı qazanıblar
Azərbaycan para-atleti Orxan Aslanov Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı uzunluğa tullanma üzrə yarışda 7.18 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, O. Aslanovun ilk dünya çempionluğudur.
Xatırladaq ki, bu, Azərbaycan para-atletlərinin hazırkı dünya çempionatında 3-cü qızıl mükafatıdır. Daha əvvəl Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış üzrə yarışda, Səid Nəcəfzadə uzunluğa tullanmada eyni uğuru təkrarlayıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...