Azərbaycan para-atleti dünya çempionatında finala yüksəlib
Azərbaycan para-atleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.
Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, 22 yaşlı idmançı T13 kateqoriyasında 400 metr məsafəyə qaçış üzrə finişə 56.57 saniyə çataraq həlledici mərhələdə iştirak hüququ qazanıb. O, sabah qızıl medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Lamiyə Vəliyeva bu yarışda daha əvvəl 100 metr məsafəyə qaçışda dünya çempionu olub.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...