Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, sentyabrın 20-də Azərbaycan Ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirlər zamanı müdafiə naziri Zakir Həsənovun Azərbaycan Ordusunun şəxsi heyətinə təbriki iştirakçıların diqqətinə çatdırılıb.
Çıxış edənlər bildiriblər ki, 1990-cı illərin əvvəllərindən başlayaraq Ermənistan xarici havadarlarının köməyi ilə ölkəmizə qarşı işğalçılıq siyasəti həyata keçirərək torpaqlarımızın 20 faizini işğal edib, xalqımıza qarşı insanlıq əleyhinə cinayətlər törədərək şəhər və kəndlərimizi viran qoyub, təbii sərvətlərimizi isə talayıb, eləcə də dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı soyqırımını törədib.
Düşmənin növbəti hərbi təcavüz və təxribatlarının qarşısı 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da həyata keçirilən antiterror əməliyyatında alınaraq tarixi Zəfər qazanılıb, torpaqlarımız işğaldan azad olunub. Hazırda Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.
Tədbirlər çərçivəsində Azərbaycan Ordusunun şəxsi heyəti, həmçinin şəhidlərimizin məzarlarını ziyarət edib, gül dəstələri düzərək xatirələrini hörmət və ehtiramla anıblar.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...