23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan Olimpiya Komitələri Assosiasiyasının 27-ci Baş Assambleyasında təmsil olunub

01-11-2024
IMG

Portuqaliyanın Kaşkayş şəhərində Olimpiya Komitələri Assosiasiyasının (ANOC) 27-ci Baş Assambleyası keçirilib.

Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən verilən məlumata görə, iki gün davam edən Baş Assambleyada Azərbaycan MOK-un baş katibi Azər Əliyev və Xarici Əlaqələr Departamentinin direktoru Anar Bağırovla təmsil olunub.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Olimpiya Komitələri Assosiasiyasının prezidenti Robin Mitçell, BOK-un və ANOC-un rəsmi nümayəndələri çıxış ediblər. Olimpiya Komitələri Assosiasiyasının, Dünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, İndoneziya Olimpiya Komitəsinin, Qitə Assosiasiyalarının hesabatları dinlənilib və "Deloitte" və Şəhər Rəqəmsal İdarəetmə Mərkəzinin təqdimatı keçirilib. Daha sonra Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən “Paris-2024” Yay Olimpiya Oyunlarının və 2028-ci ildə Amerikanın Los-Anceles şəhərində keçiriləcək XXXIV Yay Olimpiya Oyunlarını hesabatları iştirakçıların diqqətinə çatdırılıb.

Assambleya çərçivəsində Olimpiya Komitələri Assosiasiyasının, Beynəlxalq Dünya Oyunları Assosiasiyasının, İdman Arbitraj Məhkəməsinin, Olimpiya Oyunlarının Təşkilat Komitəsi tərəfindən 2026-cı ildə İtaliyanın Milano-Kartino şəhərində keçiriləcək XXV Qış Olimpiya Oyunlarının və Seneqalın paytaxtı Dakar şəhərində keçiriləcək IV Yeniyetmələrin Olimpiya Oyunlarının hesabatları da dinlənilib. Bundan başqa Beynəlxalq Olimpiya Komitəsinin İdarə heyətindəki yeniliklər, MOK-larla olan münasibətlərin təkmilləşməsi, ANOC-un yeni strateji planı, XXVII Baş Assambleyasının qərarları, növbəti XXVIII Baş Assambleyası haqqında müzakirələr aparılıb.

Baş Assambleyada həmçinin İnkişaf edən Olimpiya Proqramı: MOK-ların perspektivliyi, Təhlükəsiz idman üçün effektiv strategiyalar, Olimpiya Aİ Gündəliyi: MOK-lar üçün Aİ-nin gələcəyi mövzuları ətrafında söhbətlər aparılıb.

Paylaş: