Azərbaycan millisinin Çexiya ilə oyunlar üçün yekun heyəti açıqlanıb
Azərbaycanın futzal millisinin Çexiya ilə yoldaşlıq matçları üçün yekun heyəti açıqlanıb.
Futzal Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, baş məşqçi Vitali Borisov səfərə 3-ü qapıçı olmaqla 13 futzalçı ilə yollanacaq.
Komanda sabah səhər saatlarında Bakı - Vyana reysi ilə hərəkət edəcək, Avstriyanın paytaxtından isə avtobusla Zlin şəhərinə gedəcək.
N |
Ad, soyad |
Klub |
1 |
Emin Kürdov (q) |
Araz-Naxçıvan |
2 |
Vladislav Reznov (q) |
Araz-Naxçıvan |
3 |
Kamran Hacıyev (q) |
Baku Fire |
4 |
Emil Həsənzadə |
Araz-Naxçıvan |
5 |
Xəzər Ağalızadə |
Araz-Naxçıvan |
6 |
İlham Alıyev |
Araz-Naxçıvan |
7 |
Tofiq Mikayılov |
Baku Fire |
8 |
Murad Quluzadə |
Baku Fire |
9 |
Oktay Rüstəmli |
Baku Fire |
10 |
Fərid Abbasov |
Baku Fire |
11 |
Eldar Zeynalov |
Neftçi İK |
12 |
Ülvi Əliyev |
Araz-Naxçıvan |
13 |
Mirzə Əmirov |
Neftçi İK |
Qeyd edək ki, milli sentyabrın 19-da və 20-də Zlin şəhərində Çexiya yığması ilə yoldaşlıq görüşləri keçirəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...