Azərbaycan millisi Qran-priyə 11 cüdoçu ilə yollanacaq
Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin Portuqaliyanın Odivelaş şəhərində keçiriləcək Qran-pri turniri üçün heyəti müəyyənləşib.
Fhnews.az Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytına istinadən məlumatına görə, yanvarın 26-28-da baş tutacaq yarışda 11 cüdoçu mübarizə aparacaq.
Baş məşqçi Rixard Trautmanın rəhbərliyi altında Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev, Nurlan Osmanov (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq) ), Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşanqi Kokauri (+100 kq) turnirdə mübarizə aparacaqlar.
Yarışın qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.
Qeyd edək ki, aadın cüdoçulardan ibarət Azərbaycan millisinin Qran-pri üçün heyəti yanvarın 6-da açıqlanıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...