Azərbaycan millisi Paralimpiya Oyunlarında ilk dəfə 7 idman növündə təmsil olunacaq
Azərbaycanın paralimpiya millisi “Paris-2024” Yay Paralimpiya Oyunlarında ilk dəfə 7 idman növündə təmsil olunacaq.
Fhnews.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.
“Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımızın siyahısı:
Paraatletika
Oloxan Musayev (nüvə itələmə)
Rüfət Rəfiyev (nüvə itələmə)
Lamiyə Vəliyeva (qaçış)
Səid Nəcəfzadə (uzunluğa tullanma)
Orxan Aslanov (uzunluğa tullanma)
Paraüzgüçülük
Raman Salei
Vəli İsrafilov
Könül Süleymanova
Parataekvondo
Sabir Zeynalov
İmaməddin Xəlilov
Əbülfəz Abuzərli
Paracüdo
İlham Zəkiyev
Dürsədəf Kərimova
Xatirə İsmiyeva
Paraatıcılıq
Kamran Zeynalov
Aybəniz Babayeva
Parakamandan oxatma
Cahan Musayev
Parapauerliftinq
Ceyhun Mahmudov
Qeyd edək ki, dördilliyin ən mötəbər idman yarışı avqustun 28-dən sentyabrın 8-dək Fransanın paytaxtı Parisdə keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...