Azərbaycan Milli Xalça Muzeyinə XIX əsrə aid “Açma-yumma” xalçası hədiyyə olunub
Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası növbəti unikal sənət nümunəsi ilə zənginləşib.
Fhnews.az xəbər verir ki, Almaniyanın Berlin şəhərində yaşayan, “İşiq yol” Azərbaycan Ədəbiyyat və Mədəniyyət Cəmiyyətinin üzvü olan kolleksiyaçı Hocat Abasi muzeyə 1825-ci ildə Şuşada toxunan Qarabağın “Açma-yumma” xalçasını hədiyyə edib. O, vətənindən ayrı düşən bu nəfis əsərin yaxın zamanda öz doğma yurduna qayıdacağını, muzeyin Şuşa filialında sərgilənəcəyini düşündükcə böyük sevinc və xoşbəxtlik hissi yaşadığını bildirib.
Xalçanın ara sahəsi və haşiyələri həndəsi və nəbati naxışlar, stilizə olunmuş insan və heyvan təsvirləri ilə bəzədilib.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...