23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan Metrologiya İnstitutunun baş direktoru: Yeni açılan laboratoriyalar sənaye üçün kifayət qədər əhəmiyyətlidir

15-11-2024
IMG

Azərbaycan Metrologiya İnstitutu ölkədə keyfiyyət infrastrukturunun inkişaf etdirilməsinə, bu məqsədlə ölkədə metroloji xidmət infrastrukturu imkanlarının inkişafının genişləndirilməsinə çalışır.

Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov jurnalistlərə müsahibəsində söyləyib.

O qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illər Azərbaycan Respublikasının sosial-iqtisadi strategiyasının təbliğat planına uyğun olaraq Azərbaycan Metrologiya İnstitututunda laboratoriya şəbəkəsinin qurulması nəzərdə tutulub.

“Həmin tədbirlər planına əsasən 20 yeni laboratoriyanın və mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi planı icra edilir və hazırda həmin plan üzrə 5 yeni laboratoriyanın açılışı həyata keçirlir. Bu laboratoriyaların qurulması Türkiyənin Milli Metrologiya İnstitutunun dəsətəyi ilə həyata keçirilir. Yeni açılan laboratoriyalarda ölçmələr xüsusilə də sənaye üçün kifayət qədər əhəmiyyətlidir. Çünki sənayedə istehsal olunacaq məhsulun keyfiyyətinin ölçülməsi üçün istifadə olan avadanlıqların planlanması laboratoriyalar vasitəsilə həyata keçiriləcək”, - deyə baş direktor vurğulayıb.

X. Seyranov onu da əlavə edib ki, laboratoriyaların istifadə istiqamətləri əsasən tibb, istehsal sənayesi, hərbi sənaye, aviasiya və bunlarla əlaqədə olan digər kimya sənayesi və neft sənayesi üçün çox vacibdir.

Paylaş: