Azərbaycan “Paris-2024” Yay Paralimpiya Oyunlarına daha üç lisenziya qazanıb
Azərbaycanın üç parataekvondoçusu “Paris-2024” Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
Fhnews.az xəbər verir ki, Federasiyadan verilən məlumata görə, bununla bağlı Dünya Taekvondosu quruma rəsmi məktub göndərib.
Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) reytinq cədvəlinə əsasən Paralimpiadaya vəsiqə əldə ediblər. Onların hər üçünün qarşıdakı yarışların nəticəsindən asılı olmayaq, ilk “altılıq”da yer alacağı rəsmiləşib.
Parataekvondoçular Fransa paytaxtında K-44 kateqoriyasında mübarizə aparacaqlar.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunları avqustun 28-dən sentyabrın 8-dək Fransada keçiriləcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...