Azərbaycan “Paris-2024” Yay Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb
Azərbaycan qılıncoynadanı Anna Başta “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Fhnews.az xəbər verir ki, Beynəlxalq Qılıncoynatma Federasiyası Azərbaycana sablya növü üzrə qadınların şəxsi yarışında Olimpiadaya iştirak hüququ verən universal lisenziya göndərib. Lisenziya Olimpiya Oyunlarına vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Daha öncə Yelena Jemayeva, Səbinə Kərimova və Anna Başta 4 illiyin zirvə yarışında qadın sablyaçıların şəxsi yarışında ölkəmizi təmsil edib.
Qeyd edək ki, bununla da Azərbaycanın “Paris-2024”ə qazandığı lisenziyaların sayı 27-yə çatıb.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...