Azərbaycan “Kəmər və Yol” Enerji Nazirlərinin Konfransında təmsil olunur
Çinin Şandon əyalətinin Çindao şəhərində keçirilən “Kəmər və Yol” Enerji Nazirləri 3-cü Konfransı işə başlayıb.
Fhnews.az xəbər verir ki, tədbir Çinin Milli Enerji Administrasiyasının təşkilatçılığı ilə “Enerjinin birgə gələcəyi üçün yeniliyin gətirilməsi” mövzusunda təşkil olunur. Azərbaycanın energetika naziri Pərviz Şahbazov konfransda iştirak edir.
Nazirlər Konfransında enerji təhlükəsizliyi üzrə əməkdaşlıq, enerji bazarlarının inkişafı, yaşıl enerji sahəsində tətbiq olunan son texnoloji yeniliklər və yaşıl enerjinin təşviqi üçün maliyyə imkanlarının araşdırılması üzrə müzakirələrin aparılacaq.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...