Azərbaycan “İNNOPROM-2024” sərgisində təmsil olunub
Rusiya Federasiyasının Yekaterinburq şəhərində "INNOPROM – 2024" beynəlxalq sərgisi çərçivəsində "Böyük Avrasiya bazarlarına çıxmaq uğrunda tərəfdaşlıq: səyləri birləşdirərək qalib gəlirik" mövzusunda işgüzar sessiya keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Rusiyanın sənaye və ticarət nazirinin müavini Aleksey Qruzdev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil və Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Oljas Saparbekovun iştirak etdiyi sessiyada çoxtərəfli formatlarda uğurlu əməkdaşlıq vurğulanıb.
Tədbirdə xarici şirkətlərin Azərbaycan bazarında fəaliyyətinin stimullaşdırılması və ikitərəfli ticarətin artırılması üçün ölkəmizdə tətbiq olunan mexanizmlər diqqətə çatdırılıb. Sənaye zonalarında tərəfdaş ölkələrlə birgə reallaşdırılan investisiya layihələrinin, nəqliyyat-logistika sahəsində təşəbbüslərin yaratdığı imkanlar vurğulanıb.
Özəl və dövlət qurumlarının təmsilçilərinin də iştirak etdiyi sessiyada qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...