23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Azərbaycan “Belarus Nəqliyyat Həftəsi - 2024” beynəlxalq forumunda iştirak edir

10-09-2024
IMG

Minskdə “Belarus Nəqliyyat Həftəsi - 2024” beynəlxalq ixtisaslaşmış forumu işə başlayıb.

Fhnews.az BELTA-ya istinadla xəbər verir ki, nəqliyyat həftəsinə “Nəqliyyat və logistika” beynəlxalq ixtisaslaşmış sərgisi və tematik biznes proqramı daxildir. Forumda Azərbaycan, Qazaxıstan, Özbəkistan və Rusiyanın nəqliyyat idarələrinin rəhbərləri, Rusiya Federasiyasının parlament və regional hökumətlərinin, həmçinin Belarus, Rusiya və Çinin aparıcı nəqliyyat universitetlərinin nümayəndələri iştirak edirlər.

İşgüzar proqramın əsas tədbirləri Avrasiya İqtisadi Komissiyasının və İttifaq Dövlətinin Daimi Komitəsinin nümayəndələrinin iştirakı ilə “Avrasiyanın nəqliyyatı və logistikası: yeni imkanlar” plenar iclası və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyat üzrə koordinasiya müşavirəsinin (MDB NKM) sahə şuralarının 14-cü sessiyasının plenar iclası olacaq.

“Belarus Nəqliyyat Həftəsi - 2024” zamanı elmi-praktik konfranslar, seminarlar və dəyirmi masalar keçiriləcək. Nəqliyyat və logistika sektorunun aktual inkişaf məsələləri, tendensiyalar, infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşma, beynəlxalq əməkdaşlıq, hava, avtomobil, dəmir yolu və su nəqliyyatı ilə daşımaların inkişafının əsas istiqamətləri müzakirə olunacaq.

Tematik müzakirələrdə 100-dən çox belaruslu və beynəlxalq ekspert iştirak edəcək. Xüsusilə “Yük daşımalarının inkişafı və “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması” mövzusunda diskussiya, “Taksi avtomobilləri ilə sərnişinlərin daşınması: novasiyalar bazarı və inkişaf perspektivləri”, “Sərnişinlərin avtomobil ilə daşınması: nizam, təhlükəsizlik, əlçatanlıq, rəqabət”, “Magistral yollar – keyfiyyətin yüksəldilməsi kursu” mövzularında dəyirmi masalar, “Yeni logistika şəraitində beynəlxalq avtomobil daşımaları” konfransı və digər tədbirlər planlaşdırılır. Bundan əlavə, Belarus Dövlət Nəqliyyat Universitetinin bazasında “Gənclərin elminin keyfiyyətinin artırılması” mövzusunda beynəlxalq seminar keçiriləcək.

XIV Beynəlxalq “Nəqliyyat və Logistika” İxtisaslaşdırılmış Sərgisi çərçivəsində nəqliyyat, logistika və ekspeditor şirkətləri, nəqliyyat və logistika mərkəzləri, logistika mərkəzlərini təchiz etmək üçün avadanlıq təchizatçıları, avtomobil və dəmir yolu avadanlıqları istehsalçıları və dilerləri, aviaşirkətlər, Belarus, Rusiya və Çin dəmir yolu administrasiyaları ekspozisiyalarını təqdim edəcəklər.

“Belarus Nəqliyyat Həftəsi” 2007-ci ildən keçirilir. Forumun keçirilməsində məqsəd Belarusun və digər ölkələrin nəqliyyat-logistika potensialının inkişafına təkan vermək, innovasiyaların tətbiq edilməsi, nəqliyyat sektoruna investisiyaların cəlb edilməsi, beynəlxalq sərnişin və yüklərin daşımalarının artırılmasıdır.

Tədbirin təşkilatçısı Nəqliyyat və Kommunikasiyalar Nazirliyi və Belarus Respublikasının “Texnika və Kommunikasiyalar” Qapalı Səhmdar Cəmiyyətidir.

 

Paylaş: