Azərbaycan karateçisi "Belarus Open" turnirinin qalibi olub
Karate üzrə Azərbaycan milli komandasının üzvü Asiman Qurbanlı Minsk şəhərində keçirilən "Belarus Open-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.
Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 84 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beynəlxalq turnirə oktyabrın 20-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...