Azərbaycan karateçiləri Rusiyada beynəlxalq turnirə qatılacaqlar
Azərbaycan karateçiləri sabah Rusiyanın Soçi şəhərində keçiriləcək "Russia Open" beynəlxalq turnirində iştirak edəcəklər.
Deflimpiya Komitəsindən verilən məlumata görə, Səma Tağızadə (47 kq) və Elnur Qasımzadə (67 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar.
İdmançıları yarışa məşqçi kimi Seymur Xudaverdiyev çıxaracaq.
Qeyd edək ki, sözügedən turnir cari ilin 15-20 dekabr aralığında Malayziyada keçiriləcək deflimpiya üzrə dünya çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...